Search
 
    TƏKLİF

  ƏLAQƏ

  İŞ İMKANLARI







ZƏMANƏT ŞƏRTLƏRİ

 


     "Baku Electronics" Seçiminizə görə Sizə minnətdarlıq  bildirir. Cihaz əldə etməklə yanaşı Siz eyni zamanda Baku Service Company tərəfindən 36 ay müddətinə göstərilən texniki servis xidmətlərindən istifadə hüququnu qazanırsınız.

     36 ay müddətinə etibarlı sayılan zəmanət talonu quraşdırma və təmir işlərini özündə əks etdirir.Bu xidmətlərin həyata keçirilməsində sizə “Baku Service Company” yardımçı olacaq.
 
Baku Service Company-nin əsas məqsədi qısa vaxt ərzində müştərilərə yüksək keyfiyyətli xidmət göstərməkdir.
 
 "Baku Electronics" mağazalar şəbəkəsində əldə edilən hər bir cihaz üçün zəmanət talonu verilir.Zəmanət talonu yalnız  aşağıdakı hallarda etibarlı sayılır:
 
Zəmanət talonunda cihazın modeli:seriya nömrəsi,satış tarixi, firma satıcılarının möhürü və alıcının imzası qeyd olunmalıdır.

QEYD: Zəmanət talonunda olan cihazın model və seriya nömrəsi cihazın üzərində olan model və seriya ilə eyni olmalıdır.

 1.ZƏMANƏT XİDMƏTLƏRİ VƏ PULSUZ SERVİS XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİ ŞƏRTLƏRİ.
 
 “Baku Service Company” cihaz üçün satış tarixindən başlayaraq 36 ay müddətinə pulsuz  zəmanət xidməti göstərir və 12 ay müddətində cihaz üçün tam məsuliyyət daşıyır. 

2.Əgər hər hansı bir təmir işi cihazın sökülməsini və ya  konstruksiya dəyişkənliyini tələb edirsə, o zaman Zəmanət xidməti göstərilmir. Zəmanət xidmətinin göstərilməməsi  aşağıda qeyd olunan bütün cihazlara aiddir:
A) Distansiyon idarə etmə mexanizmində,batareyalar,qidalandırıcı elementlər,daxili qidalandırıcı mənbələr və enerji ehtiyyatını təmin edən cihazlar.
B) Birləşdirici kabellər,antennalar və onlar üçün ötürücülər, qulaqlıqlar, mikrafonlar, Hends fri (qarnitur),müxtəlif informasiya daşıyıcıları (audio-video kassetlər,müxtəlif proqram diskləri,drayver və kart yaddaşı)
C) Üzlük,remen,ötürücü qoşulmalar,quraşdırma alətləri,sənədlər və s.

ƏLAVƏ OLARAQ :

SOYUDUCULAR
İy uducusu,hava təmizləyicisi (biodezarator) filter, yeşiklər və digər həcmli ərzaq saxlamaq üçün qablar.

MİKRODALĞALI SOBALAR ÜÇÜN:
Qab,vertel,barmaqlı,

TOZSORANLAR ÜÇÜN:
Boru,başlıq,toz yığan,filter

PALTAR YUYAN MAŞIN ÜÇÜN:
Zibil filteri və su filteri

KONDİSİONERLƏR ÜÇÜN:
Filter,yuma

PRİNTER ÜÇÜN:
Katric

MOBİL TELEFONLAR ÜÇÜN:
LCD
Batareya və adapter

3.Pulsuz Servis xidməti 3 bənddə qeyd olunan cihazların  ləvazimatları üçün göstərilmir.

4.Baku Service Company zəmanət məsuliyyətini və pulsuz servis xidmətini aşağıdakı hallarda həyata keçirmir:
A) Əgər cihaz ailə və məişət  istifadəsi  üçün nəzərdə tutulubsa,lakin istifadəsinə yararlı olmayan digər məqsədlərlə istifadə olunursa.

B) İstifadə və quraşdırma qaydalarına əməl etməyib,onlardan düzgün istifadə etmədikdə.

C) Əgər cihaz keyfiyyətsiz təmirə məruz qalıbsa.

Ç) Əgər cihaz İstehsalçı tərəfindən məhdudiyyət qoyulan hər hansı bir instruksiya dəyişikliyinə və sökülməsinə məruz qalıbsa.

D) Əgər cihaz istifadə qaydası istər istifadəçi,istərsə də digər 3 şəxs tərəfindən düzgün yerinə yetirilməyibsə, hər hansı bir bədbəxt hadisə,hər hansı bir qüvvə nəticəsində defekt yarandıqda.

E) Əgər cihazın daxilinə hər hansı bir kənar əşya və ya həşərat (tarakan,siçan) düşərsə:

Ə)Əgər cihazın təmizlənməsi lazım gələrsə:

5. Zəmanət məsuliyyəti və pulsuz servis xidməti aşağıdakı çatışmamazlıq detallarına aid deyil:

A)
Cihaz müştəriyə təhvil verildikdən sonra müştərinin istifadəsi zamanı mexaniki zədələnmə baş verdikdə.

B) Standartlara uyğun olmayan telekomunikasiya, kabel və digər faktorların istifadəsi zamanı.

C)Standartlara uyğun olmayan və keyfiyyətsiz detalların istifadəsi zamanı yaranan zədələr zamanı

6.Quraşdırma və tənzimləmə istər servis işçisi tərəfindən,istərsə də istifadəçinin özü tərəfindən də həyata keçirilə bilər.Bütün bu əməliyyatların Servis işçisi tərəfindən həyata keçirilməyi daha məqsədyönlüdür.Əgər Siz cihazı digər şəxslər tərəfindən quraşdırsanız o zaman quraşdırılma haqqında sənəd tələb edin,əks halda bu sonradan zəmanət və pulsuz servis xidmətinin göstərilməsində problemlər yarada bilər.